Logo

BDU-nun Kimya fakültəsində “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib

21.12.2020 13:56 711 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya Fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn formatda “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib. Yarışda “Ağdam”, “Füzuli”, “Şuşa”, “Laçın”, “Qubadlı”, “Zəngəzur”, “Murovdağ”, “Suqovuşan”, “Lələtəpə”, “Hadrut”, “Xocalı”, “Kəlbəcər”, “Xankəndi” və “Xarıbülbül” komandaları birinci yer uğrunda mübarizə aparıb.

 

Xəmsə Milli İntelektual Oyununun şərtlərinə uyğun olaraq keçirilən yarışda “Murovdağ” komandası 1-ci, “Lələtəpə” komandası 2-ci, “Suqovuşa”n komandası isə 3-cü yerin qalibi olub.

 

İştirakçılara TGT tərəfindən sertifikat, 1-ci yerin qalibi olan komandaya internet paketi və ilk 3 yerə çıxan komandaların fəal üzvlərinə yazıçı Elbrus Kəlbiyevin imzalı kitabı hədiyyə edilib.

 

Qeyd edək ki, Universitetdə davamlı olaraq təşkil olunan bilik yarışları tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində və asudə vaxtlarını səmərəli istifadəsində mühüm rol oynayır.

Xəbər lenti