Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində tələbələrə statistik uçotun əhəmiyyəti, statistik materialların hazırlanması və s. təbliği məqsədilə onlayn tədbir keçirilib.
BDU THİK sədri Hacıbaba Mustafayev tədbiri giriş sözü ilə açaraq fakültə nümayəndələrini mövzu ilə bağlı məlumatlandırıb. O, statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılması vasitəsilə sənədlərlə işin təşkilində səmərəliliyin yüksəldilməsi, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsinin təmin ediləcəyinə əminliyini ifadə edib.
Tədbirdə iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərin qeydə alınaraq təhlili və müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın təkmilləşdirilməsini də şərtləndirdiyindən bəhs edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.