Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.
Tehsil.biz xəbər verir ki, növbəti seminar Ege Universitetinin professoru Güldehen Bilgen tərəfindən “Transgenik hayvanlar: ne? nasıl? neden?” mövzusunda təşkil olunub.
Seminarda Zoomühəndislik və Baytarlıq təbabəti fakültələrinin bir qrup professor-müəllim heyəti və magistr tələbələri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.