Logo

Nazir: "Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib"

16.03.2022 13:43 537 baxış
IMG

"Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

"O, 60 il Azərbaycan mədəniyyətinə xidmət edib. O, həm də mədəniyyət və incəsənətimizin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Bu mərasimi keçirməklə onun ailəsinə, yaxınlarına və ümumiyyətlə Azərbaycan və Rusiya ictimaiyyətinə başsağlığı verirəm".

"Onun əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət səlnaməsinə qızıl hərflərlə yazılıb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, həm də teatr tamaşalarına quruluş verib. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obraz və üslüblar daim Azərbaycan xalqının qəıbində yaşayacaq", - nazir vurğulayıb.

Xəbər lenti