Logo

Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib

16.03.2022 14:14 456 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib.

Tehsil.biz xəbər verir ki, “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin sədri, akademiyanın prezidenti Heydərbəy Bababəyov Vüqar Əhmədə təbrik məktubu ünvanlayıb. Qeyd edib ki, “türk dünyasının sevilən şairi bu uca fəxri ada Türk ədəbiyyatının, o cümlədən, öz xalqının milli ədəbiyyatının, poeziyasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülür. Təbrik edirik - Turanın xalq şairi!!”

Xatırladaq ki, Vüqar Əhməd bir müddət öncə Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilmiş və qurumun medalı ilə təltif olunmuşdu.

Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar Akademiyanın Rəyasət Heyətinin və “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin yığıncağı keçirilib. “Turan” Elmlər Akademiyasının akademiki, bir çox beynəlxalq akademiyaların və Yazıçılar Təşkilatlarının akademiki və həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli ədəbiyyatşünas alim Vüqar Əhməd Beynəlxalq “Turan” Yazıçılar Cəmiyyətinin həqiqi üzvü seçilib.

Qeyd qeyd edək ki, məşhur özbək şairi Əmir Xudayberdi də “Turanın xalq şairi” fəxri adına layiq görülüb. Qardaş xalqın şairini də təbrik edirik. “Turan”ın başqanı, akademik Heydərbəy Bababəyova  və rəyasət heyəti üzvlərinə səs çoxluğu ilə Vüqar Əhmədi dəstəklədiklərinə görə elmi-ədəbi ictimaiyyətimiz adından təşəkkür edirik.

Xəbər lenti