Logo

Peşə liseylərinin şagirdləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

16.03.2022 15:50 454 baxış
IMG

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün 2022-ci il martın 14-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən Tehsil.biz-ə verilən məlumata görə,İmtahan nəticələri martın 16-da saat 15:24-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.  

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 95 nəfərdən 6 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya komissiyası yaradılıb. Apellyasiya komissiyası Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, 299 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya komissiyasına 17-18 mart tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xəbər lenti