Logo

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim

16.03.2022 16:24 609 baxış
IMG

2022-ci il 16 mart tarixində korrupsiya qarşı mübarizə üzrə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatı olan "Transparency İnternational" Azərbaycan təşkilatı və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı ilə dövlət qulluqçularına korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda təlim keçirilib. 

Dövlət İmtahan Mərkəzindən Tehsil.biz-ə verilən məlumata görə, təlimdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 35 əməkdaşı iştirak edib.

Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda etika anlayışı, etikanın dövlət qulluğunda əhəmiyyəti, etik davranış qaydaları haqqında yerli və beynəlxalq sənədlər, etik davranış qaydalarının növləri, etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti