Mərhum yazıçı Rüstəm İbrahimbəyovun oğlu, rejissor Fuad İbrahimbəyov bu müddət ərzində ailəyə göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
Tehsil.biz Trend-ə istinadən xəbər verir ki, o, bunu görkəmli yazıçı ilə vida mərasimində deyib.
"Bu, hər kəs üçün ağır itkidir. Bu, çox gözlənilməz oldu. Onu xəstəxanaya yerləşdirərkən mənə dedi: "Əgər oradan sağ çıxmasam, bütün köhnə dostlarıma salamımı çatdır". Atamın ölümünə inanmaq olmur, bu, çox ağır dərddir. Mən şadam ki, o, Bakıya çatdırılıb və öz vətənində dəfn olunub. Onu sevənlər məzarına baş çəkə bilər", - deyə oğlu bildirib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn edilib.