Milli.Az xəbər verir ki, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Rüstəm İbrahimbəyovun yaradıcılığı haqda fikirlərini moderator.az-a bölüşüb A.Salayev saytımıza açıqlamasında Rüstəm İbrahimbəyov haqqında ancaq qırx mərasimindən sonra danışacağını deyib:
"Mən Rüstəm İbrahimbəyov haqqında fikirlərimi ancaq qırx mərasimindən sonra deyəcəm. Elə bunu belə də yazın. Səbəbini isə dediyim vaxt zəng vuranda biləcəksiniz"-deyə Ayaz Salayev bildirib.
Xatırladaq ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rüstəm İbrahimbəyov martın 12-nə keçən gecə 83 yaşında vəfat edib.
Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib. R.İbrahimbəyov Moskvada yaşayırdı. Kinodramaturq iki dəfə nikahda olub. Hər evlilikdən onun bir övladı doğulub - oğlu və qızı...
Onun cənazəsi bu gün Azərbaycana gətirilib. Mərhum Birinci Fəxri Xiyabanda dəfn ediləcək.