Logo

Azərbaycan məktəblərində “IT sinifləri”nin sayı artırılır

17.03.2022 17:58 491 baxış
IMG

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəblərdə “IT sinifləri”nin genişləndirilməsi  üçün hazırlıqlara başlanılıb.

Tehsil.biz xəbər verir ki, növbəti tədris ilində bu siniflərdə şagird sayının 1000 nəfəri əhatə etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə təşkil olunan dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub.

Dərslərin əsas məqsədi intensiv İT hazırlığı və şagirdlərin İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə Python-da alqoritmlər və verilənlər strukturu, Python-da oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir. 

Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.

Xəbər lenti