Logo

Son bir ayda ruslar və ukraynalılar

18.03.2022 00:58 1794 baxış
IMG

Məlum olduğu kimi, fevral ayının 24-də Rusiya Silahlı Qüvvələri xəbərdarlıq etmədən Ukrayna ərazisinə daxil olub.

Tehsil.biz Yeniavaz.com-a istinadən xəbər verir ki, 20 gündən artıqdır, davam edən müharibə zamanı Ukraynada internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox aşağıdakı sözləri axtarışa veriblər:

- “danışıqlar ukrayna rusiya” (“переговоры украина россия”)
- Yuri Podolyak (“юрий подоляка) - Ukraynalı politoloq və hərbi ekspert
- “danışıqlar” (“переговоры”)
- “bayraktar” (“байрактар”)
- “Ukrayna xəbərləri indi” (“новости украины сейчас”)
- “komendant saatı” (“комендантский час”)
- “fövqəladə vəziyyət” (“надзвичайний стан”)
- “xəbərlər xarkov indi (“новости харькова сейчас”)
- “Arestoviç” (“арестович”) - Ukrayna prezidenti ofisi rəhbərinin milli təhlükəsizlik və müdafiə sahəsində strateji kommunikasiyalar üzrə ştatdankənar müşaviri

Son 30 gün ərzində Rusiyada internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox aşağıdakı sözləri axtarışa veriblər:

- “8 martdan” (“с 8 марта”)
- “danışıqlar Rusiya və Ukrayna” (“переговоры россии и украины”)
- “ukrayna xəritəsi” (“карта украины”)
- “sanksiya” (“санкции”)
- “swift” (“swift”)
- Yuri Podolyak (“юрий подоляка) - Ukraynalı politoloq və hərbi ekspert
- “Mariupol” (“мариуполь”) – Ukraynada şəhər
- “Nasizmdən təmizlənmə” (“денацификация”)
- “defolt” (“дефолт”)

Xəbər lenti