Tədrisdə informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi baxımından bugünədək ölkə üzrə ümumilikdə 4 min 140 təhsil müəssisəsi (bütün təhsil müəssisələrinin 93 faizi) internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda yer alıb.
Hesabatda qeyd olunub ki, 2021-ci ildə 225 təhsil müəssisəsində yeni lokal şəbəkələr yaradılıb, 140 təhsil müəssisəsində şəbəkələr genişləndirilib, 30 təhsil müəssisəsi fiber-optik qoşulma növünə keçirilib. 250 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağın distant təhsilinin təşkil olunması məqsədilə ayrılan kompüterlərin ATŞ-yə və internet şəbəkələrinə çıxışı təmin edilib.