Logo

UTECA Novruz şənliyində iştirak edib

18.03.2022 12:24 421 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllim kollektivi Gəncənin baş meydanında təşkil olunan bayram şənliyində iştirak edib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, şəhər sakinləri və qonaqları iştirak ediblər. 

Novruzun rəmzi olan böyük səməninin də yer aldığı meydanda böyük tonqal qalanıb. Musiqilər və rəqslər ifa edilib. Kəndirbaz çıxış edib. Yaradılan guşələrdə sənətkarların əl işləri sərgilənib. Novruz atributları ilə bəzədilən UTECA stendi maraqla qarşılanıb. 

Xəbər lenti