Logo

Tikinti sahəsində fəaliyyət göstərən işəgötürənlərlə birgə tədbir keçirilib

18.03.2022 15:20 706 baxış
IMG

17  mart  tarixində  Tikinti  Quraşdırma  işləri  üzrə  Bakı  Dövlət  Peşə  Təhsil Mərkəzinin  təşkilatçılığı ilə tikinti sahəsində fəaliyyət göstərən işəgötürən müəssisələrin  rəhbərliyi, tələbələr  və  mühəndis-pedaqoji  heyətin  iştirakı  ilə  tədbir keçirilib.

Tikinti  və Quraşdırma  İşləri  üzrə  Bakı  Dövlət  Peşə  Təhsili  Mərkəzi  ilə  Əməkdaşlığa dair  Memorandumlar  imzalamış  14  şirkətin – “Norm” ASC, “Mətanət-A” MMC, “Akord” Perefabrik MMC, “Azeristeel  MMC” Metal Konstruksiyalar  zavodu, “Xırdalan” Metal Konstruksuyalar  MMC, “Core Constructio  MMC, “B.R.İ.Z.” Grup  MMC, “Coordinant” Grup  MMC, “Mənzil  İnşaatı” dövlət  Agentliyi (MİDA), “GSP” MMC, “Rikon”  MMC, “Metak” MMC  nümayəndələri  tələbələr  qarşısında  çıxış  edərək, onların ixtisaslı  kadrlar  kimi  hazırlanmasında  maraqlı olduqlarını bildiriblər. Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunduğu kimi, ölkəmizdə iqtisadi artımın və məşğulluğun təmin olunması istiqamətində rəqabətli insan kapitalının yetişdirilməsində özəl sektorun əhəmiyyətli  rolu olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə işəgötürən  müəssisələrin  nümayəndələri, Peşə  Təhsili  üzrə  Dövlət  Agentliyinin şöbə müdir müavini Nigar İsmayılzadə, Qaradağ  rayon  İcra  Hakimiyyətinin başçısının  müavini  və  digər rəsmi  qonaqlar  iştirak  ediblər. Çıxışlar zamanı ölkəmizdə həyata keçirilən tikinti quruculuq işləri ilə əlaqədar əmək bazarında kadr tələbatının təmin edilməsi üçün dövlət-özəl əməkdaşlığının gücləndirilməsinin zəruri olduğu vurğulanıb..

Yekun olaraq, Tikinti və  Quraşdırma İşləri  üzrə  Bakı  Dövlət  Peşə  Təhsili  Mərkəzi  və işəgötürən müəssisələrin  nümayəndələri  arasında  fikir  mübadiləsi  aparılıb, peşə təhsilinin inkişafı üçün gələcəkdə atıla biləcək addımlar, məzun olacaq tələbələrin  istehsalat  təcrübəsinə  hazırlıq  mərhələsi müzakirə edilib.

Xəbər lenti