Dünyaca məşhur Hollivud aktyoru 67 yaşlı Bryus Uillis karyerasını bitirir.
Onun səhhətində problemlər olması barədə bir neçə aydır məlumat dolaşır.
Tehsil.biz Axar.az-a istinadən xəbər verir ki, aktyorun beynində son illər dünyada geniş yayılan demensiya dəyişiklikləri gedir.
Bu xəstəlik getdikcə yaddaşın itməsinə və əqli geriliyə səbəb olur, müalicəsi yoxdur.
Son filmlərində aktyorun dublyor və suflyor köməyi ilə çəkildiyi də deyilir.
O, 2022-ci ildə bir neçə filmə çəkilib, maddi təminatını indidən sığortalamaq istəyir.
Onunla çalışan rejissorlardan biri Mett Eskandari Bryusun əqli zəifləməsindən əziyyət çəkdiyini açıq-aşkar bildirib:
“Onun kimi möhtəşəm insanın gözlər qarşısında heç olmasını görmək məni üzür. Onunla işləmək çox çətinləşib”.
Qeyd edək ki, Bryus Ullisin səhhəti barədə siqnallar hələ 2015-ci ildən gəlməyə başlamışdı. İlk dəfə yaddaşı ilə bağlı problem “Mizeri” filmində yaşanıb. Aktyor sözlərini unudurdu və bütün diaqloqları qulaqcıqla idarə edirdi.
Aktyor 2 dəfə evli olub, 5 övladı var.