Dövlət qulluğunda AA qrupu inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə test imtahanı keçirilməyəcək.
Tehsil.biz xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
"Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nda dəyişiklik edib.
Digər dəyişikliyə əsasən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək.