Logo

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Novruz bayramı - FOTO

18.03.2022 23:22 1853 baxış
IMG

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Novruz bayramı münasibəti ilə el şənliyi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Təhsildə Keyfiyyət və Təminat Agentliyinin nümayəndəsi və Liseylə əməkdaşlıq edən şirkət rəhbərləri iştirak etmişdir. Bayram tədbirində Liseyin kollektivini və qonaqları Dədə Qorqud və Bahar qızı qarşılayıb.

Daha sonra Liseyin direktoru Şaban Cəərçiyev Novruz bayramın atributu sayılan tonqalı yandıraraq tədbiri açıq elan edib. 

Bu bayram xalqımızın milli- mənəvi və əxlaqi dəyərini özündə əks etdirir. Novruz atributlarını özündə dolğun şəkildə əks etdirən el şənliyində Keçəl və Kosanın şən zarafatları bayram əhval-ruhiyyəsini daha da yüksəltmişdir. Şənlik milli müsiqilər, rəqslər və eləcə də maraqlı viktorinalar ilə davam edib.

Liseydə keçirilən şənlikdə Novruz festivalına da yer verilib.

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Merkəzinin rəhbəri Şaban Cəərçiyev və kollektivi bu bahar bayramında Azərbaycan Xalqına bolluq, sevgi, uğur diləyib və sevinc və ümidlə dolu bir bayram arzu edib.

Xəbər lenti