Logo

BDU-da elmi konfrans: "Koordinasion birləşmələr kimyası"

22.12.2020 14:39 524 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş "Koordinasion birləşmələr kimyası" mövzusunda VIII Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq BDU-nun Kimya fakültəsinin kimya elminin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib. Analitik kimya kafedrasının inkişafında akademik Rəfiqə xanım Əliyevanın müstəsna xidmətlərini diqqətə çatdırıb. Rektor son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən danışıb, Universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

 

E.Babayev Kimya fakültəsinin ölkədə geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik kimyaçı kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov onlayn konfransın yüksək səviyyədə təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Kimya fakültəsinin tarixi və inkişaf yolu barəsində danışan A.Əzizov kimya təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Dekan kafedranın əldə etdiyi elmi nailiyyətlərdən, araşdırmalardan, elmi əlaqələrindən bəhs edib.

 

Daha sonra Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri akademik Adil Qəribov, Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayil Mirzai, ADPU-nun Analitik və üzvi kimya kafedrasının professoru Nailə Verdizadə analitik kimya kafedrasında aparılan elmi araşdırmaların kimya elminə verdiyi töfhələrdən, elmi-pedoqoji kadrların hazırlanmasında görülən işlərdən danışıblar, xatirələrini bölüşüblər, təbrik nitqləri səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər təqdirəlayiqdir.

 

Konfransda Türkiyə Respublikasından, İran İsalm Respublikasından, Portuqaliyadan, Almaniyadan nüfuzlu kimyaçı alimlər iştirak edib.

 

Plenar iclasda "Liquid chromatographic determination of Co(II), Fe(III) And Al(III) as oxinate chelates, after hollow fiber supported liquid phase microextraction from water and dried tea leaves", "Activity coefficient of 1 - butyl - 3 - methylimidazoli Um trifluoro methane sulfonate and methanol solutions", "Piroqallol əsaslı azobirləşmələrin bəzi metal ionları ilə müxtəlif liqandlı kompleksləri", "Tempo-a versatile ligand for metal complex catalysis", "Tərkibində radioaktiv metal mərkəzləri olan malein anhidridi-stirol sopolimeri əsasli koordinasion polimerlər: Sintezi, quruluşu, sorbsiya xassələri" mövzusunda məruzələr dinlənilib.

Xəbər lenti