Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Gəncə Şəhər Təhsil İdarəsinin dəstəyi ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, bayram tədbirində Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, ümumtəhsil məktəblərinin direktorları, qazilər və bəzi şagirdlər iştirak ediblər.
Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.
Sonda bayram tonqalı yandırılıb.