Logo

Mədəniyyətin unudulduğu mədəniyyət evi ilə bağlı tapşırıq verildi

19.03.2022 13:28 393 baxış
IMG

“Mədəniyyət evindəki biabırçılığın aradan qaldırılması üçün təlimat verilib”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Nazirlik yayılan görüntülərin həqiqətən də Abşeron Rayon Mədəniyyət Evində çəkildiyini təsdiq edib:

“Təəssüf ki, belə bir mənzərə ortaya çıxıb. Abşeron Rayon Mədəniyyət Evi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinə tabedir. Yayılan görüntülər əsasında aidiyyəti üzrə təlimatlar verilib. Artıq Abşeron Rayon Mədəniyyət evinin sanitar qovşağındakı anti-sanitar vəziyyətin aradan qaldırılması istiqamətində təmir işlərinə başlanılıb”.

Xəbər lenti