Logo

Qazax Müəllimlər Seminariyasi tezliklə öz missiyasını icra edəcək

19.03.2022 14:56 421 baxış
IMG

104 yaşlı ilk milli seminariyamız bərpa edilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir.

Sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.

Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocagi kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək, ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək.

Xəbər lenti