Logo

Çinin Şanxay Universiteti ilə Xəzər Universiteti arasında müqavilə imzalanıb

20.03.2022 18:02 462 baxış
IMG

Şanxay Universiteti və Xəzər Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Xəzər Universitetindən bildirilib ki, tədbirdə Şanxay Universitetinin azərbaycanlı nümayəndəsi Aqşin Əliyev və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, idarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, fakültə dekanları və departament müdirləri iştirak ediblər.

Görüşün ikinci hissəsi Xəzər Universitetinin təsis edilməsinin 31 illiyinə həsr olunub.

Xəbər lenti