Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Novruz bayramı münasibətilə universitet heyətini təbrik edib.
Tehsil.biz xəbər verir ki, təbrikdə deyilir:
"Mingəçevir Dövlət Universiteti ailəsinin dəyərli üzvləri!
Novruz bayramı münasibətilə Sizi və doğmalarınızı ürəkdən təbrik edirəm!
Hər birinizə möhkəm cansağlığı və firavanlıq arzulayıram!
Artıq ikinci ildir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi ənənələrini və zəngin mədəniyyətini tərənnüm edən Novruz bayramını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd eməyin qürurunu yaşayırıq!
Əzəli torpaqlarımızın azad edilməsi yolunda ŞƏHİD olmuş qəhrəmanlarımızı bu bayramda böyük ehtiram və dərin minnətdarlıqla anırıq!
İnanıram ki, baharın gəlişi ilə hamılıqla doğma universitetimizin uğurları üçün daha əzmlə çalışacağıq!
Novruz bayramınız mübarək olsun!"