"Azərkitab" mağazası fəaliyyətini tamamilə dayandırır.
Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya mağazanın direktor müavini Günel İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, mağazanın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır: "Hazırkı vəziyyət çox çətindir. Mağazanın kitab satışı da ürəkaçan deyil. Olduğumuz məkanın kirayə haqqı da bahalaşdığından fəaliyyətimizi davam etdirə bilmirik".