Logo

21 mart – Beynəlxalq Daun Sindromu Günüdür

21.03.2022 15:00 828 baxış
IMG

Bu gün ilk dəfə 2006-cı ildə Cenevrə Universitetində qeyd edilib. 

Palma de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və ümumdünya assosiasiyaların təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

Günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu məsələyə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Bu gün aparılan təbliğatda vurğulanır ki, Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar.

Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməyidir.Daun sindromlu uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirakı çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.

Xəbər lenti