“Bəzi marketlərdə 10 yaşında uşağa da siqaret satılır. Əslində qanunla yaş faktoru nəzərə alınır, amma buna həmin obyektlərdə əməl edən yoxdur”.
Tehsil.biz xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında həkim-psixiatr Əziz Mustafayev deyib.
O bildirib ki, atalar uşaqlarına pul verir ki, gedib onlar üçün siqaret alsınlar:
“Bu faktor cəmiyyətdə artıq çox normal qarşılanır. Çox təəssüf ki, spirtli içkilərdə də vəziyyət eynidir. Bir başqa məqam reklamlardır. Keçən əsrin 50-60-cı illərinə qədər “kovboy” filmlərində siqaret deyil, onun fonunda sanki bir kişilik obrazı reklam edilir. Həm siqaret, həm spirtli içki reklamlarında məhsul deyil, cəmiyyətə onun yaratdığı bir tərz satılır. İnsanlar o reklamı deyil, orada yaradılan - qəşəng geyim, bahalı maşın, yanında gözəl xanım və s. təsvir olunan həmin tərzi seçir”. (Oxu.az)