Rusiyada feysbuk və instaqram sosial şəbəkələri ekstremist fəaliyyətə görə qadağan edilib.
Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Tver Məhkəməsi qərar qəbul edib.
Prokuror izah edib ki, qərar “Meta” şirkətinə məxsus vatsap mesencerinə şamil olunmur. Bundan əlavə, Rusiya vətəndaşları feysbuk və instaqram istifadə etdiklərinə görə məsuliyyətə cəlb olunmayacaqlar.
Məhkəmənin qərarı dərhal qüvvəyə minib.