Logo

Müharibənin dəhşəti: Aktyor sevgilisinin qollarında can verdi - FOTO

21.03.2022 19:54 839 baxış
IMG

Ukraynalı aktyor və səs rejissoru Pavel Yeremenko Ukraynada müharibənin ilk günlərində sevgilisi Oksana və atası ilə birlikdə ölkənin müdafiəsinə qoşulub.

"Tehsil.biz"in Lent.az-a istinadən məlumatına görə, martın 12-də 24 yaşlı Pavel atası ilə birlikdə Çerniqovdakı Qaqarin adına stadionu mühafizə edirdi. Səhərdən Rusiya ordusu həmin ərazini bombalayıb, nəticədə aktyor plitə altında qalıb.

Həkimlər onu dağıntılar altından çıxarsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

“Onu xəstəxanaya ağır xəsarətlərə gətiriblər. Həmin gün Çerniqovda elektrik enerjisi kəsilib. Kompüter tomoqrafiyası etmək mümkün olmayıb. Onu əməliyyat etmək lazım idi, lakin biz bunu çatdıra bilmədik. Martın 12-də sevgilisinin əllərində can verdi”, - aktyorun dostlarından biri deyib.

Xəbər lenti