Logo

Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti - Balanslaşdırma

21.03.2022 22:34 2107 baxış
IMG

Azərbaycan ərazisində tarixin müxtəlif dövrlərində böyük dövlətlər mövcud olub. Bu dövlətlərin yürütdükləri daxili və xarici siyasət dövrün tələblərinə və siyasi proseslərinə baxmayaraq həmişə demokratiya prinsiplərinə əsaslanıb.

Müasir dövrdə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasi kurs ölkəmizin davamlı və dayanıqlı inkişafına, daxili sabitliyin qorunub saxlanılmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daim yüksəldilməsinə hesablanmış uğurlu siyasətdir. Azərbaycanın xarici siyasətində qədim dövlətçiliyimizin ənənələri özünü göstərir. Ölkə rəhbərliyi tərəfindən xarici siyasətdə balanslaşdırma üsulundan geniş istifadə edilir. Bu isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və regionda söz sahibinə çevrilməsinə əsaslı zəmin yaradır. Tarixə müraciət edərək ölkəmizdə yürüdülən xarici siyasətin əsrlər öncə necə nəticələr hasil etdiyini göstərmək istərdim.

Belə ki, VII əsrdə Azərbaycanda hakimiyyətdə olmuş Alban hökmdarı Cavanşir dövrünün çox mürəkkəb siyasi proseslərinə, dövlətlərarası kəskin mübarizələrə, xarici basqılara baxmayaraq balanslaşdırılmış siyasət yürüdərək böyük dövlətləri - Bizansı, Xəzər Xaqanlığını və Ərəb xilafətini neytrallaşdırmağı bacarmışdır. Cavanşir mehranilər sülaləsinin ən parlaq nümayəndəsi olmuşdur. Onun uğurlu xarici siyasət nəticəsində Albaniya güclənmiş və şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir. Hal-hazırda ölkə rəhbərliyinin yürütdüyü xarici siyasət ənənələrə sadiq və yeniliklərə açıq siyasət olmaqla yanaşı həmdə Cənubi Qafqazda siyasi sabitliyin əsas təminatçısıdır. Bu siyasətin əsas mahiyyətini həm qonşu həm də dünya dövlətləri ilə normal qarşılıqlı münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, regionda siyasi sabitliyin təmin edilməsi və.s təşkil edir. Rusiya-Ukrayna müharibəsində Azərbaycanın siyasi mövqeyi son günlər ən çox müzakirə edilən mövzulardan biridir.

Düşünürəm ki, burada izahı olmayan nüanslar yoxdur. Çünki, bu müharibəyə münasibətdə Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Misal olaraq Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsini və eyni vaxtda Rusiya ilə əməkdaşlıq müqaviləsi imzalanmasını göstərə bilərik. 

Anar Salehoğlu

Xəbər lenti