Logo

Əmək müqaviləsinə xitam verildikdə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı? - CAVAB

22.03.2022 00:08 555 baxış
IMG

Müəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilən zaman işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı?

Dövlət Vergi Xidmətindən Milli.Az-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyi, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verdikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

Bundan başqa, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara da gəlir vergisi hesablanmır.

Xəbər lenti