Logo

Berlində "Məktəbli oyunları" adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

22.03.2022 09:38 835 baxış
IMG

Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Xarı Bülbül” Mədəniyyət Evində fəaliyyət göstərən "Azərbaycan dili" kurslarında Novruz bayramı münasibətilə "Məktəbli oyunları" adlı kitabın təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Almaniya Azərbaycanları Alyansının və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “Xarı Bülbül” Mədəniyyət Evinin sədri, Almaniya Azərbaycanları Alyansının sədr müavini Sevda Badaliouri və Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan çıxış ediblər.

Bildirilib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan “Folklor oyunlarımızı yaşadaq” layihəsinin  əsas məqsədi ölkə daxilində və xaricində yaşayan azərbaycanlı uşaqların milli folklor oyunlarımızı unutmamasıdır. Layihə çərçivəsində nəşr olunan "Məktəbli oyunları" adlı kitabda  folklor uşaq  oyunlarının toplandığı, kitabın Almaniyada yaşayan azərbaycanlı övladlarımızın folklor oyunlarını mənimsəməsində faydalı olacağı nəzərə çatdırılıb. 

Tədbir Azərbaycan dili kursu tələbələrinin çıxışları ilə davam edib. Onlar “Bənövşə” oyununu oynayıb, “Tıq-tıq xanım” nağılından səhnəcik nümayiş etdirib, şeir və mahnılar səsləndiriblər. Tədbir bütün iştirakçıların “Qarabağ” mahnısını birlikdə böyük coşğu ilə ifa etməsi ilə yekunlaşıb. 

Sonda tədbir iştirakçılarına "Məktəbli oyunları" kitabı hədiyyə edilib.

Xəbər lenti