Logo

GDU-nun müəllim və tələbələri “Gəncə Uşaq Evi”ndə olublar - FOTO

22.03.2022 12:09 921 baxış
IMG

Gəncə Dövlət Universitetinin baş müəllimi Zəhra Əliyeva öz tələbələri ilə birlikdə təşəbbüs göstərərək rəhbərliyin dəstəyi ilə 19 mart 2022-ci il tarixdə “Gəncə Uşaq Evi”ndə olublar.

Tehsil.biz xəbər verir ki, məqsəd Novruz bayramı münasibətilə Uşaq evinin kiçik sakinlərini təbrik etmək, onlarla birlikdə bayram şənliyi keçirmək olub.

Onlar özləri ilə birlikdə Novruz bayramının atributlarından olan Kosa və Keçəli də bu şənliyə dəvət ediblər. Müəllim və tələbələri özləri ilə bayram sovqatı aparıb və uşaqları sevindirmək üçün gözəl bayram süfrəsi açıblar.

Zəhra Əliyeva uşaqların qarşısında çıxış edərək onları Novruz bayramı münasibətilə təbrik edib, fidan balalara xoşbəxtlik arzulayıb. Kosa və Keçəlin iştirakı bayram şənliyini daha da gözəlləşdirib, uşaqlar rəqs edib, sonda isə üzərində atəşfəşanlıq düzənlənib, bayram tortu kəsilib.

Qeyd edək ki, bu müəllim tələbələri ilə, həmçinin bir neçə şəhid və qazi ailələrini ziyarət etmiş, onlara mənəvi dəstək olublar.

Xəbər lenti