Logo

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçirilib

22.03.2022 16:04 401 baxış
IMG

Martın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən Tehsil.biz-ə verilən məlumata görə, Novruz bayramı adət-ənənələrinin təbliği məqsədlə təşkil edilən festivalda qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növləri təqdim olunub.

Tədbirə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müxtəlif ölkələrin diplomatları, xarici və yerli turistlər qatılıb.

Festivalda qonaqların iştirakı ilə bayram tonqalı yandırılıb. Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər nümayiş olunub, pəhləvan və kəndirbazlar çıxış edib, uşaqlar üçün kəndirdartma oyunları təşkil olunub.

Sonra qonaqlar üçün konsert proqramı təqdim olunub və uşaqların əl işlərindən ibarət rəsmlər sərgilənib.

Festival çərçivəsində əl işlərinin və suvenirlərin satışı da təşkil olunub.

Xəbər lenti