Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür.
O, 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.
R.Muradova Sabirabadda dram teatrında təhsil alıb. Daha sonra Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.
O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirib.
1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Onun ifasında olan Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” - Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” – Ş. Axundova) “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Xalqın sevimlisi Rübabə Muradova 28 avqust 1983-cü ildə 50 yaşında Bakıda vəfat edib və Yasamal rayonunda yerləşən qəbiristanlıqda dəfn edilib.
Oxu.az