Bakı Ali Neft Məktəbinin yaranmasının 9-cu ildönümünə həsr olunmuş Onlayn Şahmat Turniri davam edir.
Tehsil.biz xəbər verir ki, turnirdə 40 nəfər oyunçu iştirak edir. Oyunçular hər birində 20 nəfər olmaqla 2 qrupda – ‘A’ və ‘B’ qruplarında yarışıblar.
İsveçrə sistemi ile keçirilən qrup turnirlərində 7 turun sonunda hər qrupdan ilk 4 yeri tutmuş iştirakçılar ¼ final mərhələsinə vəsiqə qazanıb. ¼ finalın müvafiq qarşılaşmalarının nəticələrinə əsasən, qələbə qazanan iştirakçılar yarımfinal mərhələsində oynamaq hüququ qazanacaq.
Nəhayət, yarımfinal mərhələsində öz rəqiblərindən daha güclü olan 2 iştirakçı finalda 1-ci yer uğrunda gərgin mübarizə aparacaq.
Yarımfinal mərhələsində məğlub olan iştirakçılar isə 3-cü yer uğrunda mübarizədə öz güclərini sınayacaqlar. Yarış hazırda lichess.org platformasında keçirilirməkdədir.
Yarışın sonunda qaliblər müvafiq sertifikat və hədiyyələrlə təltif olunacaqlar.