Logo

Bakıda karantini pozaraq, ad günü keçirən direktora töhmət verildi

22.12.2020 20:43 805 baxış
IMG

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü keçirib.

 

Bu barədə videogörüntü sosial şəbəkələrə yayılıb.

 

Tehsil.biz-in məlumatına görə, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib:

 

“Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”. 

Xəbər lenti