ABŞ-ın Şimal Kaliforniya ştatının San-Fransisko şəhərinin körfəz dairəsində (Bay Area) xalqımızın qədim və ənənəvi Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə baş tutan bayram şənliyində Azərbaycan və müxtəlif icmaların nümayəndələri, Los-Anceles və digər şəhərlərdən gələn qonaqlar da daxil olmaqla 250 soydaşımız iştirak edib.
Tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə qonaqları və dünya azərbaycanlılarını təbrik ediblər. Baharın müjdəçisi, xalqımızın qədim tarixinin, zəngin mədəni irsinin və folklorunun təcəssümü olan Novruz bayramı barədə ətraflı məlumat verilib.
Bayram ənənələrinin, əl işlərinin nümayiş etdirildiyi şənlik bədii proqramla yekunlaşıb.