Logo

Rusiyada "Google" internet xidmətinə giriş məhdudlaşdırılıb

24.03.2022 00:46 496 baxış
IMG

Rusiyada Ukraynada hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlara çıxışı təmin etdiyinə görə "News.Google" internet xidmətinə məhdudiyyət qoyulub.

"TASS" xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.

"Onlayn xəbər resursu hərbi əməliyyatlarla bağlı etibarsız məlumatları özündə əks etdirən çoxsaylı nəşr və materiallara girişi təmin edib. Bu səbəbdən Rusiya Baş Prokurorluğunun sorğusu əsasında "Roskomnadzor" "News.Google" internet xidmətinə girişi məhdudlaşdırıb”, - məlumatda bildirilir.

"Roskomnadzor" xatırladıb ki, ölkə qanunvericiliyi Rusiya Silahlı Qüvvələri ilə bağlı bilərəkdən yalan məlumatın ictimaiyyətə yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.

Xəbər lenti