Logo

"GİF" formatında olan şəkillərin yaradıcısı vəfat edib

24.03.2022 08:46 771 baxış
IMG

"Graphics Interchange Format" (GIF) qrafik rəqəmsal şəkillərinin yaradıcısı Stiven Uilhayt ABŞ-da 74 yaşında vəfat edib.

Bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən S.Uilhayt martın 14-də ailəsinin əhatəsində koronavirus infeksiyasının törətdiyi fəsadlarından dünyasını dəyişib. Faktı onun həyat yoldaşı Katalin təsdiqləyib.

"GIF" formatı S.Uilhaytın 1987-ci ildə CompuServe şirkətində çalışdığı vaxtda hazırlanıb.

2013-cü ildə S.Uilhayt İnternetin inkişafına verdiyi töhfəyə görə "Webby" mükafatına layiq görülüb.

Xəbər lenti