Logo

"Hər kəs qanuna tabe olmalıdır" - DİREKTOR intizam məsuliyyətinə cəlb edilib

22.12.2020 22:50 1290 baxış
IMG

Təhsil Naziri qalmaqallı direktor Nailə Məmmədovanı cəzalandırdı.

 

Tehsil.biz-in məlumatına görə, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil Nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Xatırladaq ki, dünən Nailə Məmmədovanın özünə ad  günü keçirməsi ilə bağlı video ictimailəşdirilmişdir. Nailə Məmmədova 3000 AZN ,daha 5 iştirakçı isə hər biri 200 AZN cərimə edilib 

 

Nailə Məmmədova tanınmış ictimai xadim, İNK sədri Rasim Məmmədovun bacısıdır. 

 

R. Məmmədov məsələyə münasibət bildirərkən bunları deyib:

 

-"Qanun hamı ücün birdir, hər kəs qanuna tabe olmalıdır".

Xəbər lenti