Martın 23-də Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub.
Kulis.az xəbər verir ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.
Tədbirdə Meksika Senatının sədri Olqa Sançez Kordero Davila, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri iştirak ediblər.
Öncə tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən və sülh rəmzi olan zeytun ağacının Senatın binasının həyətində əkilmə mərasimi keçirilib.
Tədbirdə həmçinin İran və Türkiyə səfirləri də çıxış edib.
Eyni zamanda, Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib.
Tədbir Meksika Senatının Televiziya kanalı və sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb, ölkə KİV-i tərəfindən işıqlandırılıb.