Türkiyənin İğdır şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
İğdır Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət qurumlarının, ictimai-siyasi təşkilatların nümayəndələri, türk dünyasını təmsil edən qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dərnək sədri Ziya Zakir Acar bayram münasibətilə iştirakçıları və türk dünyasını təbrik edib.
Bədii proqramla davam edən tədbirdə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Şərqi Türkistanın rəqs qrupları, türk dünyasını təmsil edən aşıqlar çıxış ediblər.