Logo

Latviyada təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə

24.03.2022 19:47 794 baxış
IMG

Latviya Respublikası hökuməti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan olunmuş təqaüd proqramına sənəd qəbulu davam edir.

Təhsil Nazirliyində bildirilib ki, müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində təhsilə dair əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Xəbər lenti