Azərbaycanın ADA Universitetində ABŞ-nın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin başlıca məqsədi Azərbaycan Universitetləri və araşdırmaçılarının tədqiqat profilini genişləndirmək, ölkə üzrə tədqiqat şəbəkəsini qurmaq və onun inkişafına dayaq verməkdir. Layihənin fəaliyyət istiqamətlərindən biri regionlarda yerləşən elmi mərkəzlərin, ali təhsil müəssissələrinin elmi potensialını təkmilləşdirilmək və dəstəkləməkdən ibarərtdir.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.
Öz növbəsində ADA Universiteti bildirir ki, bu məqsədlə sosial və humanitar sahələrdən olan gənc müəllimlər, müstəqil tədqiqatçılar, doktorantura və magistratura pillələrində çalışan tələbələr, dissertantlar üçün 10 həftəlik tədqiqat yönümlü onlayın təlim proqramını təklif edir.
“Təlim proqramı “Tədqiqat Metodları”( 25 saat) və “ Akademik Yazı” ( 25 saat) kursundan ibarətdir.Proqram ADA Universitetin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunacaqdır. Proqram iştirakçıları kursun bütün tələblərinə riayət etməli və tapşırıqların hamısını yerinə yetirməlidirlər. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaqlar.
Bu təlim proqramında iştirak etmək üçün Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filiali və digər regional ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti müraciət edə bilərlər,” ADA Universiteti qeyd edir.