Logo

Novruz bayramı İsveçrədə də qeyd edilib

25.03.2022 12:39 713 baxış
IMG

Novruz bayramı münasibətilə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə bayram tədbiri təşkil olunub.

Tehsil.biz AZƏRTAC-a istinadən, xəbər verir ki, tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Novruzu milli bayram kimi qeyd edən ölkələrin diplomatları, İsveçrə ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov bayram tədbiri ilə çıxış edib.

Sonra Azərbaycan diasporunun fəalları Mariya Xan Xoyskayanın rəhbərlik etdiyi uşaq yaradıcılıq qrupu şeir və mahnılar oxuyub, milli rəqslər ifa edib və səhnəciklər nümayiş etdiriblər.

Bayramda qonaqlara Azərbaycan milli şirniyyat və təamları təqdim olunub.

Xəbər lenti