Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakultəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov beynəlxalq onlayn konfransda iştirak edib. Konfrans Hindistan, Pakistan, Türkiyə, Banqladeş, Səudiyyə Ərəbistanı, Misir, Danimarka və İsveçdən olan alim və tədqiqatçılarınn iştirakı ilə baş tutub.
“Pandemiya dövründə urdu dili və ədəbiyyatının aktual problemləri" mövzusunda keçirilən virtual konfrans Dünya Urdu Asossasiyası və Hindistanın Cəvahirləl Nehru Universitetinin Urdu dili fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın münsiflər heyətinin üzvü kimi iştirak edən Eldost İbrahimov məruzələrin seçilməsi, dinlənilməsi və qiymətləndirilməsində iştirak edib.