Logo

Şuşalı ailənin həyatından bəhs edən “Mən, atam və oğlum” sənədli filmi təqdim olunub - FOTO/VİDEO

27.03.2022 10:03 707 baxış
IMG

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin hazırladığı “Mən, atam və oğlum” sənədli filmi İctimai Televiziyanın efirində geniş auditoriyaya təqdim olunub. 

Film Bakının Pirşağı qəsəbəsində məcburi köçkünlərin kompakt məskunlaşdıqları “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizadə haqqındadır. Şuşa işğal olunanda beş yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib. 30 il sonra Anar kiçik yaşlı oğlu Məhəmməd və atası Etibar dayı ilə Novruz bayramı ərəfəsində Şuşaya qayıdıb. 

Filmdə bir şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.
Filmin ərsəyə gəlməsində İlkin Mehtiyev (operator), Zaur Sultan (dron çəkilişi), Arzum Nuruşzadə (montaj), Zəka Quliyev (rejissor) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib. 

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi “Oxu, tar!” adlı Şuşaya qayıdışa həsr olunan sənədli filmin hazırlanması layihəsi çərçivəsində ərsəyə gəlib.

 

Xəbər lenti