Kulis.az "Coca-Cola" içkisinin yaranmasının tarixçəsi haqqında yazını təqdim edir.
Əsas ixtisası kimya olan 19 yaşlı bir gənc, 1850-ci ildə Corciya əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır.
Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır. Döyüşdə aldığı bu yaranın sağalma dövründə ağrını kəsmək üçün morfindən istifadə etməyə başlayır. Morfin asılılığından qurtulmaq üçün tərkibində morfin olmayan ağrıkəsici hazırlamaq üçün işlər görür. Kəşf etdiyi və tələb görən yüngül alkoqollu içkini daha geniş bazara çıxarmaq üçün Kolumbusdan Atlantaya köçür.
Bu əyalətdə də alkoqol qadağası qüvvəyə mindikdə alternativ alkoqolsuz içki üzərində işləməyə başlayır. Təsadüfən icad etdiyi alkoqolsuz qazlı formulun ilk şüşəsi 8 may 1886-da Atlantada şəriki olduğu Yakobs aptekində satışa çıxarılır və məşhurluq qazanır.
Hekayəmizin qəhrəmanı Con Stit Pemberton, ixtira etdiyi içki isə Koka-Koladır.
Ölənə qədər morfin asılılığı davam etdiyi üçün şirkətin demək olar ki, bütün səhmlərini satır. İxtirasının bir gün bütün ölkədə məşhurlaşacağı xəyalı ilə son hissələri oğluna bağışlayır. Doktor Pemberton 1888-ci ildə mədə xərçəngindən vəfat edir. Amma atasının ölümünün ardınca oğlu Çarlez də əlindəki hissələri 1750 dollara satışa çıxarır.