Logo

ABŞ-da yüksək səsli azana icazə verilib

28.03.2022 09:12 783 baxış
IMG

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindəki məscidlərdə müəzzinlər gündə üç dəfə səsgücləndiricilərlə azan oxuya biləcəklər.

Belə ki, şəhər məclisinin üzvü Camal Osmanın “Namazın açıq oxunmasına icazə verən” qanun layihəsi bələdiyyə məclisi tərəfindən təsdiqlənib.

Bələdiyyənin qəbul etdiyi qanun layihəsini “din bərabərliyi üçün düzgün istiqamətdə atılan addım” kimi qiymətləndirən Camal Osman, “Hər kəsin və hər dinin eyni hüquqlardan istifadə etməsi üçün hələ çox iş görməliyik” deyə bildirib.

Qərara əsasən, məscidlərdə müəzzinlər səs tənzimləməsində müəyyən edilmiş hədd 70 desibeldən aşağı olmaq şərti ilə sübh və gecə namazları istisna olmaqla, gündə 3 dəfə səsgücləndirici ilə azan oxuya biləcəklər.

ABŞ tarixində ilk dəfə azana qarşı tələblər 2004-cü ildə yerli hökumətin qərarı ilə Miçiqan ştatının Hamtramk şəhərində liberallaşdırılıb.

Daha sonra ABŞ-ın eyni ştatdakı müsəlmanların çoxluq təşkil etdiyi yeganə şəhər olan Dirbornda da tətbiq edilib.

Təxminən 30.000 müsəlmanın yaşadığı Nyu Cersi ştatının Paterson şəhər məclisi 2020-ci ilin mart ayında azan oxumaq üçün qanun layihəsini qəbul edən üçüncü şəhər olub.

Mənbə: TRT

Xəbər lenti