Logo

Gənclər və İdman siyasəti sağlam gələcəyimizi təmin edir

28.03.2022 11:28 758 baxış
IMG

 

Sağlam bədəndə sağlam ruh olar deyirlər.Sağlam həyat tərzinin başlıca amili isə idmandır.Günü gündən ölkəmizdə idmana maraq artır,bir çox uşaqlar,gənclər  həvəskar və professional məşqlərlə məşğul olur.Düşünürəm ki,buna səbəb Azərbaycanda idman sahəsinin düzgün şəkildə inkişafından irəli gəlir,bununla yanaşı idmançılarımızın Beynəlxaq yarışlarda,Avropa ölkələrində əldə etdikləri uğurların nəticəsidir. 

Azərbaycanda idmanın bir çox növü inkişaf edib,lakin güləş xüsusi yer tutur.Güləş arıq bizim milli idman növünə cevrilib.Sovet dövründən bu günə qədər güclü gülləşcilərimiz öz məharətləri ilə secilib,ölkəmizi ləyaqətli şəkildə təmsil ediblər.
Təbii ki,gözəl bir hisdir qalibiyyət qazanaraq bayrağımızı başqa bir ölkədə dalğalandırmaq,himnimizi səsləndirmək, unutmayaq ki,Avropada yeddi dəfə himnimiz səslənib,bu böyük bir qələbədir.İdman sahəsində əldə ediyimiz uğurlardan biridə Bolqaristanda keçirilən güləş yarışı oldu.

Azərbaycanlı idmançılar yarışda 7-si qızıl olmaqla 16 medal qazandı.İnanırıq ki,ölkəmiz indən sonrada  dünya üzrə aparıcı güləş  ölkələrindən birinə çevriləcək.
Onuda qeyd edək ki, Azərbaycan bir çox uğurları və qalibyətləri ilə özünü dünyaya tanıtdı.Bu qalibyət arasında əlbətdə ki,2 ci Qarabağ müharibəsini qeyd etmək olar.Azad edilmiş torpaqlarda da idmanımız inkişaf edilməlidir.Artıq bu sahədə işlər görünür stadionlar,idman kompleksləri geri alınmış torpaqlarımızın baş planlarında öz əksini tapır. Dövlət başçısının idmançılarımızı qəbul etməsi, onlarla səmimi söhbətlər aparması və ümumilikdə idmana göstərilən yüksək diqqət idmançılarımızı daha da mübarizə əzmində, sağlam ruhda yetişməyə sövq edir.  Bu diqqətin bariz nümunəsi kimi idmançılarımız saysız-hesabsız uğurlara imza atırlar.

Biz Yevlax gəncləri daim Partiyamızın sədri, Ölkəmizin başçısı cənab İlham Əliyevin xalqımızın milli maraqları, ölkəmizin uğurlu inkişafı naminə həyata keçirdiyi əvəzsiz və uzaqgörən siyasətin ətrafında sıx birləşib, bundan sonra da Azərbaycanın sağlam gələcəyinin təminatçısı olmaqla qürur duyuruq!

Nüşabə Məmmədova

YAP Yevlax rayon təşkilatının fəalı, "Gənclər evi" SXM-in əməkdaşı.

Xəbər lenti